«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

İ.M.SEÇENOV ADINA BİRİNCİ MOSKVA DÖVLƏT TİBB UNİVERSİTETİNİN (SEÇENOV UNİVERSİTETİ) BAKI FİLİALI MAGİSTRATURA PROQRAMINA SƏNƏDLƏRİN QƏBULUNU ELAN EDİR

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı yeni 2021/2022-ci tədris ilinə “Əczaçılıq sənayesi” ixtisası üzrə “Dərman preparatlarının keyfiyyətinin təminatı” magistratura proqramına  sənəd qəbulunu elan edir.

Təhsil proqramı dərman vasitələri istehsalının əczaçılıq keyfiyyəti sistemi proseslərinin fəaliyyətinin təşkili, dərman vasitələrinin istehsalına və keyfiyyətinə nəzarət tələblərinə  riayət olunması, dərman vasitələrinin keyfiyyət təminatı üzrə bölmələrin əməkdaşlarının işinin təşkili, dərman vasitələrinin əczaçılıq keyfiyyəti  sisteminin planlaşdırılması və təkmilləşdirilməsi kimi bacarıqlara yiyələnmiş    magistrlərin hazırlığına yönəlmişdir.

Qəbul üçün tələb olunan sənədlərin təqdimatı qaydaları və müddəti haqqında məlumat filialımızın rəsmi saytında yerləşdirilib (http://mma.edu.az/index.php?smode=content&item=Magistratura).