«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

Sağlamlıq Universiteti çərçivəsində onlayn seminar

07 may 2022-ci il tarixində Sağlamlıq Universiteti çərçivəsində növbəti virtual seminar keçirilmişdir.  150-dən çox iştirakçısı olan seminara müxtəlif şəhərlərdən və təhsil müəssisələrindən toplaşan nümayəndələr göz xəstəliklərinə həsr olunmuş məruzələrdən yararlanma imkanı əldə etmişlər.  

Seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin  oftalmoloq-cərrahı, t.ü.f.d., İbrahimzadə Günay Tofiq qızı Daxili orqanların xəstəlikləri zamanı görmə orqanında yaranan əlamətlər mövzusunda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Eximer Lazer şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.,  Mirişova Mirana Fərhad qızı EXCIMER LASER əməliyyatı. Eynəksiz dünya mövzunda mühazirə ilə çıxış etmişlər. Məruzələr dinləyicilərin böyük marağına səbəb olmuş və sonda məruzəçilər dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırmışlar. 

Seminarın  videoyazısı ilə aşağıdakı istinadda tanış olmaq mümkündür:

https://youtu.be/-ir9MT-TZXk